logo

Sinoptiklərdən güclü külək, şimşək,leysan,dolu və qar xəbərdarlığı

19:20 16-05-2023 | icon 1064
Sinoptiklərdən güclü külək, şimşək,leysan,dolu və qar xəbərdarlığı

Mayın 17-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısamüddətə arabir 15-20 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mayın 17-si gündüzdən 18-i səhərədək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.