logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:49 12-05-2023 | icon 1267
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 82 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarılan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.