logo

Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

10:50 10-05-2023 | icon 1204
Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə əvvəlcə Türkiyənın və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tədbirdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Əttar, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Zaur Məmmədov çıxış ediblər.

Məruzəçilər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında fədakar xidmətlərindən, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının tarixi köklərindən, Ulu Öndər tərəfindən əsası qoyulmuş ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində artıq yüksək inkişaf səviyyəyə çatmasından və hazırda Türkiyə ilə strateji əməkdaşlıq sayəsində regionda sülhün, təhlükəsizliyin təmin olunmasından danışıblar.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

file..0.1.03

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirəcək və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.