logo

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

21:41 02-05-2023 | icon 2079
“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün ən prioritet sahələrdən biri olan energetika sahəsində fəaliyyət göstərən şirkət olaraq “SOCAR Türkiyə” Azərbaycanın və Türkiyənin iqtisadiyyatının möhkəmlənməsi üzrə fəaliyyətini davam etdirəcək. Səriştəli kadrlarımızla Türkiyə iqtisadiyyatına, sənayesinə və sosial inkişafına uzun illər xidmət göstərməkdə qətiyyətliyik.

YeniAvropa xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə” şirkətinin baş direktoru Elçin İbadov jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, şirkətin investisiyaları 18 milyard dollara yaxınlaşıb.

Qeyd edək ki, “SOCAR Türkiyə” kommersiya fəaliyyətinə 2008-ci ildə “Petkim”in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb. Şirkət neft-kimya məhsullarının istehsalı, təbii qazın emalı, ticarəti və paylanması ilə məşğuldur.