logo

"Formula 1"ə görə bağlanan küçələrdən maneələr sökülür

10:50 02-05-2023 | icon 1337
"Formula 1"ə görə bağlanan küçələrdən maneələr sökülür

Bu gün səhər saat 8:00-dan etibarən "Formula 1 Azərbaycan Qran-Pri"si ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O deyib ki, ilkin olaraq Neftçilər prospekti, Zərifə Əliyeva və İstiqlaliyyət küçələrində maneələr götürülməkdədir.

“Bu gün və sabah yol ayrıclarında quraşdırılmış bütün maneələr götürüləcək. Maneələrin aradan qaldırılması sürətlə davam etdirilir. Digər avadanlıqlar da mərhələli şəkildə söküləcək. Üç gün ərzində bütün maneələr söküləcək”, - deyə DYP baş inspektor vurğulayıb.