logo

Bu gün paytaxtın 3 rayonunda su olmayacaq

10:30 02-05-2023 | icon 896
Bu gün paytaxtın 3 rayonunda su olmayacaq

Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu”dan bildirilib.