logo

Cocuq Mərcanlıda  mina partlaması nəticəsində 1 nəfər ölüb

18:48 01-05-2023 | icon 924
Cocuq Mərcanlıda  mina partlaması nəticəsində 1 nəfər ölüb

Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.