İrandan Azərbaycana 87 kq narkotikanın keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqram 340 qram narkotik vasitənin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, aprelin 25-də saat 23:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 100 qram narkotik vasitə (10 kiloqram 350 qram heroin, 8 kiloqram 100 qram tiryək, 9 kiloqram 650 qram marixuana və 1000 ədəd Metadon M-40 həbləri) aşkarlanaraq götürülüb.
Aprelin 29-da saat 00:05-də DSX-nin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-GE-242 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin ərazidən uzaqlaşması müşahidə edilib.
Saat 00:25-də həmin avtomobillə Lənkəran rayonu Səpnəkəran kəndi yaxınlığında ərazidən uzaqlaşmağa cəhd göstərən Lənkəran şəhər sakinləri 1965-ci il təvəllüdlü Rəfael Əsgərov Əlövsət oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Kənan Əsgərzadə Rafael oğlu saxlanılıblar.
Avtomobilə baxış zamanı ümumi çəkisi 14 kq 670 qram narkotik vasitə (5 kiloqram 115 qram tiryək, 9 kiloqram 555 qram marixuana və 7000 ədəd Metadon M-40 həbləri) aşkar edilib.
Aprelin 30-da saat 17:10-da DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2 kiloqram 470 qram narkotik vasitə - marixuana aşkarlanıb.
Eyni gün saat 22:20-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 600 qram narkotik vasitə (5 kiloqram 950 qram marixuana, 4 kiloqram 350 qram heroin, 300 qram metamfetamin) və 11758 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən (3480 ədəd pregabalin-150 mg, 100 ədəd gabapentin, 5778 ədəd Metadon M-40 və 2400 ədəd namadol) həblər aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin aşkarlandığı ərazidən yaşayış kəndlərinə doğru qaçmağa nail olmuş bir nəfər şübhəli şəxsin axtarışı aparılır.
Mayın 1-də saat 04:25-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Murad Əliyev Əkbər oğlu və Şərur rayon sakini 1983-cü il təvəllüdlü Emin Əsgərov Xubeş oğlu saxlanılıb.
Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkarlanıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır