logo

Rusiya dəmir yolu partladılıb:Neft sisternləri aşaraq yanıb

12:52 01-05-2023 | icon 2366
Rusiya dəmir yolu partladılıb:Neft sisternləri aşaraq yanıb

Rusiyanın Bryansk vilayətinin Uneça rayonunda dəmir yolu partladılıb.

YeniAvropa xəbər verir ki, Bryansk-Uneça dəmir yolunda partlayıcı qurğunun işə düşməsi nəticəsində neft məhsulları daşıyan yük qatarının lokomotivi aşıb. Lokomotiv və iki vaqon yanıb. Hadisə zamanı zərərçəkən olmayıb. Yolun həmin hissəsində hərəkət dayandırılıb.

Hazırda hadisə yerində xüsusi xidmətlərin işlədiyi bildirilir.