logo

AzTV-yə yeni mətbuat katibi təyin edilib

15:35 28-04-2023 | icon 1197
AzTV-yə yeni mətbuat katibi təyin edilib

AzTV-yə yeni mətbuat katibi təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Bildirilib ki, tanınmış teleaparıcı Rüfət Seyidov AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, "ARB TV" də aparıcı olan Rüfət Seyidov  bundan əvvəl  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri və mətbuat katibi vəzifəsində çalışıb.