logo

Serbiya prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib

11:33 28-04-2023 | icon 2807
Serbiya prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib

Serbiya prezidenti Aleksandar Vuçiç dünən axşam təcili olaraq xəstəxanaya yerləşdirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Serbiya lideri aprelin 27-də axşam saatlarında tibbi yardım üçün müraciət edib. Bəzi məlumatlara görə, Aleksandar Vuçiç adətən xidmətindən istifadə etdiyi Hərbi-Tibbi Akademiyaya, digər məlumata görə isə başqa xəstəxanaya yerləşdirilib. Lakin onun dəqiq yeri və xəstəxanaya yerləşdirilməsinin səbəbləri barədə rəsmi məlumat yoxdur.

Dövlət başçısı və mətbuat xidməti bu məsələ ilə bağlı bəyanat verməyib.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandar Vuçiç ötən gün rəhbəri olduğu hakim Serb Tərəqqi Partiyasının növbədənkənar iclasını çağırıb. Bu barədə qərar partiyanın rəsmi saytında da dərc olunub.

A.Vuçiçin Serb Tərəqqi Partiyasının lideri postundan istefa verəcəyi, lakin partiyanın üzvü kimi qalacağı bildirilir.

Serbiya lideri yeni siyasi hərəkat yaratmaq niyyətində olduğunu açıqlayıb.