logo

1500 manata “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

10:50 28-04-2023 | icon 1169
1500 manata “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 1500 manata satmaqda şübhəli bilinən rayon sakini Malik Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 23 ədəd 7.62 mm-lik patron aşkar edilib. M.Sadıqov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib.

Bundan başqa, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Seymur Hacıyev də saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 500 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.