logo

Zaqatalada 51 ağacın kəsilməsinə görə cinayət işi başlanıb

12:52 27-04-2023 | icon 1148
Zaqatalada 51 ağacın kəsilməsinə görə cinayət işi başlanıb

Zaqatala rayonunun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirlib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi  başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.