logo

ABŞ səfirliyi rusiyalı jurnalistlərə viza verməkdən imtina etdi 

19:41 23-04-2023 | icon 2576
ABŞ səfirliyi rusiyalı jurnalistlərə viza verməkdən imtina etdi 

Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.

YeniAvropa xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.

“Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - deyə S.Lavrov vurğulayıb.

ABŞ tərəfinin Rusiyadan olan jurnalistlərə viza verməkdən imtina etməsi faktını dünən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O əlavə edib ki, ABŞ-ın Rusiyadakı səfirliyi bu vəziyyəti həll etmək üçün çalışır. M.Zaxarovanın sözlərinə görə, söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır.

Qeyd edək ki, aprelin 25-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması mövzusunda nazirlər səviyyəsində iclası keçiriləcək.