logo

Sabah Bakıda 24° isti olacaq

13:13 22-04-2023 | icon 1141
Sabah Bakıda 24° isti olacaq

Azərbaycanda aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21°, bəzi yerlərdə 24° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 2-7°, gündüz 8-13°, bəzi yerlərdə 18° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 21-26° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 10-15°, bəzi yerlərdə 19°-dək isti olacağı proqnozlaşdırılır

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13°, bəzi yerlərdə 18-20° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 15-20° isti olacağı ehtimalı var.

Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 20-25° isti, dağlarda gecə 9-12°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.