logo

Güclü külək ağacları köhnə Ələt-Astara magistralına aşırıb

22:22 21-04-2023 | icon 1239
Güclü külək ağacları köhnə Ələt-Astara magistralına aşırıb

Cəlilabad rayonundan keçən köhnə Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, yolun həmin hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub və hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, Cəlilabadda əsən güclü külək nəticəsində köhnə ağaclar aşaraq magistral yola düşmüşdü. Bu səbəbdən hər iki istiqamətdə yol bağlı idi.