logo

Zelenski NATO-nun baş katibi ilə görüşüb

15:40 20-04-2023 | icon 2667
Zelenski NATO-nun baş katibi ilə görüşüb

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" kanalında məlumat paylaşıb.

“Yens Stoltenberq genişmiqyaslı müharibədən sonra ilk dəfədir Ukraynaya gəlir. Biz bunu Alyansla Ukrayna münasibətlərində yeni mərhələ kimi qəbul edirik”, -deyə  V.Zelenski qeyd edib.

Xatırladaq ki, bu gün səhər Y.Stoltenberq Kiyevə səfərə gəlib.