logo

Karyeramı Olimpiya çempionu kimi başa vuracam-Hacı Əliyev

10:50 19-04-2023 | icon 2331
Karyeramı Olimpiya çempionu kimi başa vuracam-Hacı Əliyev

"Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam".

YeniAvropa xəbər verir ki, bu fikri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında səsləndirib.

70 kq çəki dərəcəsində titula sahib çıxan 32 yaşlı idmançı çox vacib qələbə qazandığını bildirib: "Ölkə tarixində dördqat Avropa çempionu olan ilk kişi güləşçisiyəm. Bu, mənim üçün əla nəticədir. Yarışa da çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.

65 kq-da ikiqat olimpiya mükafatçısı olan təcrübəli pəhləvan bu çəkinin ən çətin olduğunu söyləyib: "Burada yaxşı rəqiblər çoxdur, adətən 4-5 dünya çempionu olur. Onların güləş tərzlərini də bilirəm”.

Dördqat Avropa və üçqat dünya çempionu olimpiadalarda bürünc və gümüş medal əldə etdiyini xatırladıb: "Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir".