logo

UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq

14:04 18-04-2023 | icon 1540
UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək.

 YeniAvropa xəbər verir ki, turnirin dörddəbir finalın iki matçı keçiriləcək.

Turnirin son qalibi “Real Madrid” klubu İngiltərədə “Çelsi”nin qonağı olacaq. İngiltərə klubu doğma arenadakı görüşə ciddi itkilərlə çıxacaqlar. Xalidu Kulibali, Ben Kiluell və Pyerr-Emerik Obameyanq oyunda iştirak etməyəcəklər. Komandalar arasında ilk oyun Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda İtaliya klubları - “Napoli” doğma meydanda “Milan” ilə qarşılaşacaq. Neapol təmsilçisinin aparıcı hücumçu Viktor Osimxen sıraya dönüb. Əvəzində Kim Min-Jae, Andre Anqissa və Covanni Simeone məşqçilər korpusunun sərəncamında olmayacaqlar. “Milan”ın yeganə itkisi isə Zlatan İbrahimoviçdir.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.