logo

Avropa çempionatı: 4 güləşçimiz yarımfinala yüksəlib

18:48 17-04-2023 | icon 1400
Avropa çempionatı: 4 güləşçimiz yarımfinala yüksəlib

Azərbaycanın dörd sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.

YeniAvropa xəbər verir ki, güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) finala gedən yolda italiyalı Simeone Piroddu, Hacı Əliyev (70 kq) moldovalı Vasile Diakon, Səbuhi Əmiraslanov (79 kq) Vasili Mixaylov (Ukrayna), Maqomedxan Maqomedov (97 kq) isə Vladislav Baytsayevin (Macarıstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.