logo

“Qarabağ”ın məğlubiyyətsizlik seriyasına son qoyuldu

12:52 17-04-2023 | icon 1379
“Qarabağ”ın məğlubiyyətsizlik seriyasına son qoyuldu

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə ilk məğlubiyyətini alıb. Qurban Qurbanovun yetirmələri XXX turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzublar. Bununla da “Kəpəz”in 1997-1998-ci il mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.

YeniAvropa xəbər verir ki, Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. 537 gün məğlub olmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə ediblər. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.

Ən uzun məğlubiyyətsiz seriyalar:

1. “Qarabağ” – 49 (2021-2023-cü il)

2. “Qarabağ” – 31 (2018-2019-cu)

3. “Kəpəz” – 28 (1997-1998-ci)

4. “Turan” – 27 (1992-1993-cü)

5-6. “Şəmklr” – 26 (2000-2001-ci)

“Neftçi” – 26 (2003-2004-cü)

Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.