logo

Arda Turan da baş məşqçi oldu

15:05 14-04-2023 | icon 1540
Arda Turan da baş məşqçi oldu

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.

YeniAvropa Türkiyə KİV-ə istinadla xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.

Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.

Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.