logo

AFFA Canni De Byazini millimizin baş məşqçisi postunda saxladı

12:52 13-04-2023 | icon 1435
AFFA Canni De Byazini millimizin baş məşqçisi postunda saxladı

AFFA İcraiyyə Komitəsinin(İK) növbəti iclası keçirilib.

 YeniAvropa xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "EURO-2024"ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk iki oyunla bağlı hesabat verib.

İclasın yekununda AFFA İK-nin qərarına əsasən italiyalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi vəzifəsində qalması barədə qərar qəbul edilib. 

Xatırladaq ki, "EURO-2024"ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub olub.