logo

İstanbuldakı xeyriyyə oyununda "Beşiktaş" "Atletiko"ya qalib gəlib

23:13 12-04-2023 | icon 1421
İstanbuldakı xeyriyyə oyununda "Beşiktaş" "Atletiko"ya qalib gəlib

İstanbulda  "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

YeniAvropa xəbər verir ki, "Vodofon Park" stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar. Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Xatırladaq ki, bir müddət əvvəl "Qarabağ" Bakıda Türkiyənin "Qalatasaray" komandası ilə xeyriyyə matçı (1:2) keçirib.