logo

Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir

12:32 10-04-2023 | icon 13083
Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ilə vida mərasimi keçirilir.

YeniAvropa xəbər verir ki, Milli Dram Teatrında keçirilən vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.