Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Həbibov Polis və Ədliyyə Nazirliyinin İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.Qeyd edilib ki, N.Həbibovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oradan “TT CCT” markalı tapança aşkar olunaraq götürülüb.