logo

Sinoptiklərdən yağış, şimşək və güclü külək xəbərdarlığı

15:55 05-04-2023 | icon 847
Sinoptiklərdən yağış, şimşək və güclü külək xəbərdarlığı

Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq aprelin 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, aprelin 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal edilir.