logo

Müharibədən sonra 85 min mina və hərbi sursat zərərsizləşdirilib

20:40 04-04-2023 | icon 903
Müharibədən sonra 85 min mina və hərbi sursat zərərsizləşdirilib

Bəşəriyyət mina təhlükəsi ilə üz-üzədir.

YeniAvropa xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar “Gizli ölüm toxumları” kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

“Hazırda 70-dən çox ölkə mina problemi ilə üzləşib. Təəssüflər olsun ki, Azərbaycan ərazisi minalarla ən çox çirklənən ölkələrdəndir.

Azərbaycanda postmünaqişə dövründə 75 min hektardan çox ərazi minalardan təmizlənib. 85 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - deyə o bildirib.