logo

Sabah Bakıda 16° isti olacaq

12:52 03-04-2023 | icon 840
Sabah Bakıda 16° isti olacaq

Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 14-19° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı ehtimal edilir.