logo

Paytaxtda ötən gün temperatur iqlim normasından 2,2° aşağı olub

09:49 03-04-2023 | icon 1057
Paytaxtda ötən gün temperatur iqlim normasından 2,2° aşağı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntılar aprelin 2-si gündüz qərb rayonlarından başlayaraq kəsilib, aprelin 3-də isə səhərədək şərq rayonlarında davam edib, dağlıq rayonlarda qar yağıb.

XidmətdənYeniAvropa-ya bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 20, Lerikdə 4 santimetr təşkil edib.

Son sutka ərzində düşən yağıntının miqdarı Göygöl, Sabirabad, Qrızda 4, Şahdağ, Xaltanda 3, Yardımlı, Lerik, Qobustan, Ağsu, Balakən, Zaqatala, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Şabran, Göyçay, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Göytəpədə 2 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Maştağada 15 (aylıq normanın 61 faizi), Binədə 14 (aylıq normanın 61 faizi), Pirallahıda 6, Neft Daşlarında 3, Bakıda 2, Çilov adası, Ələtdə 1 millimetrədək olub.

Qərb küləyi əsib, arabir Şahdağ, Daşkəsəndə saniyədə 20, Qrız, Altıağacda 16, Göygöldə 15 metrədək güclənib.

Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Biləsuvar, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-800 metrədək məhdudlaşıb.

Aprelin 2-də Bakıda havanın temperaturu iqlim normasından 2.2° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 0-5° isti, dağlıq rayonlarda 6°-dək şaxta, aran rayonlarında 4-7° isti təşkil edib.