logo

İranda 5 bal gücündə zəlzələ baş verib

20:10 01-04-2023 | icon 1379
İranda 5 bal gücündə zəlzələ baş verib

İranın cənubundakı Hörmüzqan əyalətinin Parsiyan şəhərində 5 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, İran Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Hörmüzqan əyalətinin Parsiyan şəhərində olan 5 bal gücündə zəlzələ yerli vaxtla saat 19.27-də qeydə alınıb.

Fars körfəzindəki Kiş adasını, eləcə də Parsiyanı silkələyən zəlzələ 11 kilometr dərinlikdə baş verib.

İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Hörmüzqan Valiliyinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehrdad Həsənzadə bildirib ki, zəlzələ bölgəsində indiyədək heç bir dağıntı qeydə alınmayıb.