logo

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub,2 nəfər ölüb

19:20 01-04-2023 | icon 2653
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub,2 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 75 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 172 nəfər müalicə olunaraq sağalıb, 10 min 184 nəfər vəfat edib. Aktiv xəstə sayı 443 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1155, bu günə qədər isə ümumilikdə 7 milyon 559 min 748 test icra olunub.