logo

İrandan Azərbaycana 13 kq narkotika keçirmək istədilər

13:53 01-04-2023 | icon 1092
İrandan Azərbaycana 13 kq narkotika keçirmək istədilər

Aprelin 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üç nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.