Azərbaycan və Fələstin XİN başçılarının görüşü olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Riyad Əl-Maliki ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional vəziyyət müzakirə olunub.
Nazir iki ölkə arasında dostluq, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında Azərbaycan və Fələstin arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən siyasi dialoqun mövcudluğunun əhəmiyyətli rol oynadığını söyləyib.
Azərbaycan və Fələstin arasında ikitərəfli əsasda müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin, çoxtərəfli əsasda isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin mövcudluğu məmnunluqla qeyd edilib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycanın Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisinin təsis olunması ilə bağlı Sərəncamının iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm rol oynayacağına dair inam ifadə olunub.
Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə hədə olan, bölgədə ciddi humanitar böhrana səbəb olan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə iki dövlət modeli əsasında həllini dəstəklədiyi vurğulanıb.
Post-münaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir C.Bayramov Azərbaycan tərəfindən bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, o cümlədən Ermənistan ilə sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylərin davamlı olaraq Ermənistanın təxribatları ilə üzləşməsinə baxmayaraq, Azərbaycanın bu sahədə fəaliyyətini davam etdirməkdə qərarlı olduğunu bildirib.
Riyad Əl-Maliki, Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərindən bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda iki dövlət arasında keçirilmiş siyasi məsləhətləşmələrin mövcud siyasi dialoqa böyük töhfə verdiyi qeyd olunub. Ölkəmizin Fələstinə humanitar dəstəyi yüksək qiymətləndirilib, bu sahədə dəstəyin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycanın Fələstin tələbələri üçün ayrılan təhsil təqaüdü yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev Moldovaya işgüzar səfər edib
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edib-YENİLƏNİB
İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını I oxunuşda qəbul edib
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir
Milli Məclis yaz sessiyasında sonuncu iclasını keçirir
UEFA Avropa Liqası: Bu gün qalib müəyyənləşəcək
İlham Əliyev ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub
İrandan Azərbaycana 50 kq narkotika gətirən şəxs saxlanıldı
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Azərbaycan nefti 76,72 dollara satılır
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Selə görə təxliyə olunan 3 kəndin sakinləri evlərinə qayıdıb-FHN
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Biləsuvara sel gəlib,3 kəndin sakinləri təxliyə olunub