logo

Bu gün 355 doza vaksin vurulub

16:46 30-03-2023 | icon 1820
Bu gün 355 doza vaksin vurulub

Martın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 355 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 231, ikinci doza vaksinlərin sayı 54, üç və daha çox doza vaksinlərin sayı 59, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 11-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 954 min 233, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 406 min 362, ikinci mərhələ üzrə 4 milyon 880 min 5, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 942, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 924-dür.