Səhiyyə sahəsində Azərbaycan-İsveçrə əməkdaşlığı müzakirə olunub
Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkəti olan “Roche Diaqnostics” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, görüşdə nazir Teymur Musayev Azərbaycanla İsveçrənin dost və tərəfdaş ölkə olduğunu vurğulayıb. T.Musayev bildirib ki, Azərbaycan onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir: “Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”.
Nazir iki ölkə arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, yüksək ixtisaslı həkimləri və ən müasir tibb müəssisələrini özündə birləşdirən İsveçrə səhiyyə sistemi dünyada nümunəvi model kimi tanınır. Eyni zamanda, İsveçrə əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.
Öz növbəsində "Roche Diagnostics” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qafqaz bölgəsi üzrə baş meneceri Cordi Fernandez və şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə rəhbəri Hasan Demirci Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, “Roche Diagnostics” şirkəti xərçəng, ağır virus infeksiyaları, otoimmun iltihabi xəstəliklər, mərkəzi sinir sisteminin fəaliyyətinin pozuntuları və maddələr mübadiləsinin müalicəsinə yönəlmiş biotexnoloji məhsulların aparıcı istehsalçısıdır.
İsveçrə şirkətinin nümayəndələri, həmçinin bu sahədə öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməyə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb