logo

SOCAR hava şəraiti ilə əlaqədar dənizdəki işləri dayandırıb

11:01 30-03-2023 | icon 1267
SOCAR hava şəraiti ilə əlaqədar dənizdəki işləri dayandırıb

Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

SOCAR-dan YeniAvropa-ya bildirilib ki, şirkətin istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Qeyd edək ki, mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin sürəti saniyədə 18-23 metrə, dənizdə isə saniyədə 30-35 metrə qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonra isə 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılıb.