logo

Güllələnən Fazil Mustafa hüquq-mühafizə orqanının hospitalına köçürülüb-TƏBİB

10:10 29-03-2023 | icon 2149
Güllələnən Fazil Mustafa hüquq-mühafizə orqanının hospitalına köçürülüb-TƏBİB

Ötən gün evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa əməliyyatdan çıxıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda  bildirilib.

Qeyd edilib ki, əməliyyat yekunlaşdıqdan sonra deputat Kliniki Tibbi Mərkəzdən köçürülüb.

Fazil Mustafanın təhlükəsizliyinin təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.