logo

Ayda böyük həcmdə su ehtiyatları aşkar olunub

18:18 28-03-2023 | icon 1393
Ayda böyük həcmdə su ehtiyatları aşkar olunub

Ayda böyük həcmdə su ehtiyatları aşkar olunub.

Çin alimləri hesab edirlər ki, su Yer kürəsi peykinin səthində, kiçik rezervuarlarda gizlənir.

Çin Elmlər Akademiyasından olan alimlər hələ 2020-ci ilin sonunda Yer kürəsinə “Çanye-5” Çin kosmik aparatının çatdırdığı Ay süxurlarının nümunələrinin növbəti tədqiqatını aparıblar. Yeni tədqiqatın nəticələri göstərib ki, Ay süxurlarında olan su kiçik şüşə kürəciklərdə gizlənir. “ScienceAlert” yazır ki, Ayın səthində bu suyun həcmi təxminən 300 milyard tona çata bilər.

“Çanye-5” aparatının çatdırdığı Ay süxurunun nümunələrinin tədqiqatları artıq bir neçə ildir ki davam edir. YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər daha yeni kəşflər edirlər.

Ay süxurunun yeni təhlili göstərib ki, çox böyük həcmdə su Ayın səthində çox kiçik şüşə kürəciklərdə gizlənə bilər. Onlar kosmik daşların Ay səthinə vurulması nəticəsində yaranır, bu zaman süxur soyuyur və cəmi bir neçə onlarca və ya yüzlərlə mikrometr ölçüsündə şüşəyəoxşar hissəciklər meydana gəlir.

Bu yaxınlarda aparılan tədqiqatlar Ayda çoxlu həcmdə suyun mövcudluğunun Günəş küləyi ilə bağlı olduğunu ehtimal edir. Günəş hissəcikləri Aya düşəndə, hidrogen ionları artıq Ay süxurunda mövcud olan oksigenlə birləşir.

Çin alimləri hesab edirlər ki, şüşə kürəcikləri olan bu su rezervuarları Ayda su dövriyyəsində mühüm rol oynaya bilər. Suyun bir hissəsinin kosmosa uçduğu zaman, onun böyük həcmi bu çox kiçik hissəciklərdə qalır.

Alimlərin sözlərinə görə, hər bir şüşə kürəciyində, verilmiş hissəciyin hər qram kütləsi üçün 0,002 qrama qədər su ola bilər. Onlar ehtimal edirlər ki, Ayda bir neçə yüz milyardlarla ton su ola bilər. Həmin su bu cür kürəciklərdə cəmi bir neçə il ərzində yığılır.

Bu, xüsusilə yaxın gələcəkdə ilk Ay bazasının qurulması, daha sonra isə Yerin peykində daha geniş koloniyanın yaradılmasının planlaşdırılması fonunda son dərəcə mühüm kəşfdir. Yəni, Aydakı ilk astronavtlar səthdən su çıxara biləcək və bu, onların burada uzun müddət qalmalarını daha rahat edəcək.

Həmçinin, Çin Akademiyasından olan alimlər ehtimal edirlər ki, su Günəş sistemindəki atmosferi olmayan Ay kimi cisimlərdə oxşar şəkildə səthdə yığıla bilər.