logo

Zelenski Axtırkaya “Qəhrəman şəhər” fəxri mükafatı təqdim edib

15:30 28-03-2023 | icon 1540
Zelenski Axtırkaya “Qəhrəman şəhər” fəxri mükafatı təqdim edib

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Sum vilayətində olub. O, səfər zamanı Axtırka şəhərinə “Qəhrəman şəhər” fəxri mükafatını təqdim edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı "Telegram" kanalında  məlumat paylaşıb.

“Bu gün Axtırka şəhərinə qəhrəman şəhər, müdafiəçi şəhər, qalib şəhər fəxri mükafatını təqdim etmək mənim üçün şərəfdir. Biz Sum vilayətində, bizim Axtırka şəhərində əsl kazak rəşadətini və öz insanlarımızın - ukraynalı qəhrəman kişi və qadınların yenilməzliyini, burada öz şəhəri, torpağı və bununla da dövlətimiz - Ukrayna uğrunda döyüşənlərin, bu yerlərdə rus kolonnalarını məhv edənlərin və bununla da Ukraynaya, onun xalqına qarşı bütün düşmən planları pozanların, ötən ilin payızında Axtırkada, qonşu şəhərlərdə, qəsəbələrdə bir-birinə kömək edənlərin və beləliklə, daha çox Ukrayna baharları üçün düşməndən vaxt qazananların igidliyini təntənə ilə qeyd edirik. Azad baharlar naminə!”,-deyə Zelenski paylaşımında qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, işğalçıya boyun əyməyən, azadlıq və Ukrayna uğrunda savaşan bir çox vətəndaşın, bir çox qəhrəman şəhərlərin şücaəti Ukraynanın qalib gəlməsinə əminliyin rəhnidir.

Volodimir Zelenski əmindir ki, Axtırka və Sum vilayəti uğrunda döyüşlərdə ukraynalılar digər şəhərləri də, xüsusilə də Xarkov və Kiyevi də müdafiə ediblər.

Qeyd edək ki, dünən Sum vilayətindəki Axtırka şəhəri uğrunda döyüşlərin aktiv fazasının başa çatmasından bir il ötüb.