logo

"Azərsun"un 20 tona yaxın yararsız məhsulu məhv edilib

12:32 28-03-2023 | icon 1288
"Azərsun"un 20 tona yaxın yararsız məhsulu məhv edilib

"Azərsun Holdinq"ə daxil olan “Sun Food” MMC-nin 20 tona yaxın qida məhsulu məhv edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən  məlumat verilib.

Bİldirilib ki, "Sun Food" MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 19,67 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.