Aprelin 2-də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, şagirdlər və ya onların valideynləri imtahana buraxılış vərəqəsini DİM-in internet saytından çap edə bilərlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkil yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- imtahana buraxılış vərəqəsini.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.