logo

Gələn ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək

15:33 16-08-2018 | icon 4025
Gələn ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək

Qəbul imtahanlarının əvvəlki model üzrə keçirilməsi bu il başa çatır. 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək.

YeniAvropa xəbər verir  ki,  bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının yeddinci nömrəsində yer alan “Ön söz”ündə bildirib.

M.Abbaszadə deyib: “Məlumdur ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulumlarının tətbiqinə başlanıb. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də gələn ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək”.