logo

Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub

12:58 18-03-2023 | icon 2100
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub

Fevral ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 6 milyon 48,1 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, nəqletmənin 76,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə 4 milyon 628,7 min ton neft nəql edilib.

Dövr ərzində BTC ilə 626,7 min ton tranzit nefti də ötürülüb.