logo

İƏT XİN Şurası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qəti şəkildə pisləyib

10:30 18-03-2023 | icon 1568
İƏT XİN Şurası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qəti şəkildə pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövrdə törədilmiş işğal və təcavüz siyasətini qəti şəkildə pisləyir.

YeniAvropa xəbər verir ki, bu barədə martın 16-17-də Mavritaniyanın paytaxtı Nuakşot şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul olunmuş qətnamələrdə bildirilir.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.