logo

Azərbaycan–Şimali Makedoniya matçları “Dalğa Arena”da keçiriləcək

10:30 17-03-2023 | icon 1771
Azərbaycan–Şimali Makedoniya matçları “Dalğa Arena”da keçiriləcək

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının məkanı müəyyənləşib.

YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, qarşılaşmalar "Dalğa Arena"da baş tutacaq.

Hər iki görüş saat 18:00-da start götürəcək.