logo

Zelenski və Sunak Baxmutun müdafiəsini müzakirə ediblər

21:31 16-03-2023 | icon 1946
Zelenski və Sunak Baxmutun müdafiəsini müzakirə ediblər

Martın 16-da Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb.

YeniAvropa xəbər verir ki, bu barədə Zelenski  "Teleqram" səhifəsində məlumat verib.

Prezidentin sözlərinə görə, Sunakla söhbət zamanı cəbhədəki vəziyyəti və Baxmutun müdafiəsini müzakirə ediblər.

"Biz son beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Həmişə olduğu kimi, Ukraynaya müdafiə və iqtisadi dəstəyin gücləndirilməsi istiqamətində konkret nəticələr var", - deyə V.Zelenski vurğulayıb.

O, həmçinin Ukraynaya göstərdiyi daimi dəstəyə görə Böyük Britaniyaya minnətdarlığını bildirib.