logo

Putin Dağıstan-Azərbaycan-İran yolunun tikintisinin sürətləndirilməsini tapşırıb

17:47 16-03-2023 | icon 2023
Putin Dağıstan-Azərbaycan-İran yolunun tikintisinin sürətləndirilməsini tapşırıb

Rusiya prezidenti Vladimir Putin Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib.

YeniAvropa xəbər verir ki, Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Rusiya prezidentinin sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq.

O vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib.