logo

UEFA Konfrans Liqası:"Qarabağ"ın rəqibi  “Gent” 1/4 finala yüksəlib

09:29 16-03-2023 | icon 1883
UEFA Konfrans Liqası:"Qarabağ"ın rəqibi  “Gent” 1/4 finala yüksəlib

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Başakşehir” klubu İstanbulda Belçikanın “Gent” komandasını qəbul edib. Görüş Belçika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. İki görüşün nəticəsinə görə, “Gent” turnirin dörddəbir final mərhələsinə yüksəlib.

“Gent” turnirin pley-off mərhələsində Ağdamın "Qarabağ" klubunu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.