logo

Daha iki paracüdoçumuz Misir "Qran Pri"sində finala yüksəlib

15:14 14-03-2023 | icon 1141
Daha iki paracüdoçumuz Misir "Qran Pri"sində finala yüksəlib

Azərbaycanın daha ki paracüdoçusu Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində finala yüksəlib.

YeniAvropa xəbər verir ki, qadınların yarışında Xanım Hüseynova (70 kq, J2) bu raundadək bütün rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, 30 yaşlı idmançı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.

Bundan əvvəl isə 90 kq-dan (J1) yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz İlham Zəkiyev "Qran Pri"də finala yüksəlib. 

Xatırladaq ki, ötən gün (73 kq J2) Namiq Abaslı qızıl turnirdə medal qazanıb.